"SABAH.HUB və “NEQSOL Holdinq”lə bağladığımız müqavilələrə əsasən, 1000 m2 ərazidə İT məktəbi yaradılacaq". 
 
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov "Azərbaycan müəllimi"nə müsahibəsində qeyd edib.
 
"Məktəbin fəaliyyətinin birinci ilində 250-350 nəfər 10 aylıq proqramla İT təlimi keçəcək. İkinci müqavilə “BSC Capital”la imzalanıb. Bu razılaşma ilə 50 məktəbin idman meydançasının FİFA standartları ilə təmir olunması və birgə istifadəsi nəzərdə tutulub. Gələn gəlir fonda və təhsilə istiqamətləndiriləcək", - deyə Elnur Nəsibov əlavə edib.