"Peşə təhsili müəssisələrinə işə qəbul prosesi 5 mərhələdən ibarət olacaq".
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin insan resursları sektorunun müdiri Özal Məmmədli deyib.
 
Birinci mərhələ elektron sənədlərin qəbuludur, sonra test imtahanı mərhələsidir. 
 
Növbəti mərhələdə vakansiya seçimidir. Keçid balını keçənlər müsahibəyə dəvət ediləcək. İmtahanlar Bakı, Gəncə, Sumqayıt və Naxçıvanda keçiriləcək. Sonuncu mərhələ isə nəticələrin rəsmiləşdirilməsidir.
 
15-18 avqustda vakant yerlərə yerləşmək üçün müraciət edəcəklər. Rəsmiləşmə isə 15 sentyabrda aparılacaq.
 
 
Günel ABBAS