Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Vətən müharibəsi çərçivəsində düşmənlə informasiya mübarizəsində yaxından iştirak edir.

 

Belə ki, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri işğalçı Ermənistan tərəfindən yayılan saxta və təxribatçı məlumatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə töhfə vermək təşəbbüsünə qoşulublar.

 

Əsasən Facebook, Twitter və İnstagram hesablarında fəallıq göstərən muzey əməkdaşları işğalçı ölkənin insanlığa qarşı yönələn müharibə cinayətləri, mülki şəxsləri ağır artilleriyadan atəşə tutması və ön cəbhədən xeyli uzaqda yerləşən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, digər böyük şəhərlərinə raket zərbələri endirilməsi barədə dəqiq məlumatlar paylaşırlar.

 

Qeyd edək ki, şura üzvləri Azərbaycan dili ilə yanaşı, ingilis, rus, ərəb və fars dillərində paylaşımlara üstünlük verirlər.

 

Kollektivin fəal üzvləri belə bir həssas dövrdə sosial şəbəkələrdə yalnız rəsmi qaynaqlara əsaslanan məlumatların yayılması zəruriliyi barədə təbliğat aparılmasına da xüsusi diqqət yetirirlər.