Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İsveçin Linkopinqs Universitetinin koordinatorluğu ilə həyata keçirilən Erasmus+ KA2 “MAGNUS - Partnyor universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramının hazırlanması” layihəsi çərçivəsində keçirilən növbəti onlayn iclasda iştirak ediblər.

 

BDU-dan bildirilib ki, iclasda ali məktəbdə həyata keçirilən “Tərəfdaş universitetlərdə mobil tətbiqetmələrdə və oyun dizaynında magistr proqramlarının inkişafı” layihəsinin gedişi barədə məlumat verilib, görülən işlər yüksək qiymətləndirilib.

 

Tərəflərin razılaşması əsasında qərar qəbul olunub ki,  BDU 2018-ci ildən qoşulduğu bu layihəni təkmilləşdirməklə davam etdirsin.

 

Qeyd edək ki, layihə Bolonya sisteminə uyğun olaraq yüksək səviyyəli magistr proqramını tətbiq etməklə Rusiya və Azərbaycan universitetlərində informasiya texnologiyaları sahəsində təhsilin keyfiyyətinin artırılması və daha çox sayda təhsil alanın işlə təmin olunması məqsədinə xidmət edir.