Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədə rektor Vilayət Vəliyev və şirkətin direktoru Bəxtiyar Qənbərov imza atıb.

 

Universitetdən bildirilib ki, sazişə əsasən AzTU ilə adıçəkilən şirkət hidropnevmatik məhsulların hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirəcək. Bundan başqa, tərəflər birgə innovasiya yönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, yeni məhsulların, texnologiyaların işlənməsi, tələbələrin təcrübə proqramlarında iştirakı və məzunların işlə təmin olunması, şirkətin yüksək ixtisaslı kadrlarının universitetdə tədrisə cəlb edilməsi ilə bağlı əməkdaşlıq edəcək.