Bakı Dövlət Universitetinin (BDU) prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu çərçivədə ikili diplom proqramı üzrə hüquq fakültəsinin 7 məzunu Əl-Farabi adına Qazax Milli Universitetinin Dəniz və enerji hüququ  ixtisasına qəbul olaraq magistrant adını qazanıb.

 

Əl-Farabi adına Qazax Milli Universitetinin 2 magistrantı isə BDU-nun hüquq fakültəsində təhsil almaq şansı əldə edib.

 

Bu barədə ali məktəbdən məlumat verilib.

 

Qeyd edək ki,  bu ilin sentyabrında  BDU ilə  Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti arasında Dəniz və enerji hüququ magistr ixtisaslaşmasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2020/2021-ci tədris ilində adıçəkilən ixtisaslaşmanın tədris planına uyğun olaraq fənlərin birgə tədrisi nəzərdə tutulub.

 

Xatırladaq  ki, 2013-cü ildə təsis olunan Dəniz və enerji hüququ  ixtisaslaşmasında tədris prosesi ingilis dilində aparılır.