Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin professoru Nərminə Sadıqova, dosentləri Çingiz Məmmədov, İsmət Əhmədov və doktorantı Nərgiz Ağayevanın həmmüəllifi olduğu məqalə “Web of Science”, “Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc edilib.

 

BDU-dan bildirilib ki, ingilis dilində “Sadə qida zəncirində maqnetik xüsusiyyətə malik nanohissəciklərin (Fe3O4) əlvan forel balığına təsiri: ultrastruktur xüsusuyyətlərinin öyrənilməsi” adlı məqalənin yer aldığı “Saudi Journal of Biological Sciences” jurnalının impakt faktoru 2,82-dir.