Azərbaycan  Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi Milli  Orduya dəstək məqsədi ilə daha bir addım atıb. “Əsgərə məktub” layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan  əsgər və zabitlərimizlə görüşərək onlara öz sovqatlarını çatdırıblar.

 

Goranboy rayonunda N saylı qərargahın əsgər və zabitləri ilə görüşən institutun bir qrup əməkdaşı onlara kollektiv adından isti geyimlər, ərzaq məhsulları, təmizlik və dərman vasitələri, kollektivin üzvləri tərəfindən ünvanlanan məktubları təqdim ediblər.  

 

“Salam, əsgər! Necə olduğunu soruşmuram. Əminəm ki, əlasan!  Biz sizinlə qürur duyuruq! Biz sizə güvənir, inanırıq! Sən Vətəni, ailəni, bizi qoruyursan. Sizinlə fəxr edirik!” kimi müraciətlərlə başlayan məktublarda kollektiv üzvləri öz ürək sözlərini bildiriblər.