Azərbaycan Milli Elmlər Akademiyası  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın korrespondentliyi ilə institutun elmi katibi, dosent Durna Əliyevanın, beynəlxalq Proteomiks laboratoriyasının müdiri, İsmayıl Zülfüqarovun, dissertant Lalə Aydınlı və doktorant Aynurə Paşayevanın həmmüəllifi olduqları məqalə fotosintez tədqiqatları üzrə nüfuzlu beynəlxaq jurnal “Photosynthetica”-da çapa qəbul edilib (IF=2,562).

 

“Quraqlıq stresi və yenidən suvarma zamanı buğda genotiplərinin antioksidant statusu və fotosintez maşını” adlı məqalədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi (EİF-KETPL-2-2015-1(25)-56/35/3)) ilə həyata keçirilən və Cənubi Koreyanın Pusan Milli Universitetinin İnteqrativ Biologiya Elmi və Molekulyar Biologiya Departamentləri ilə əməkdaşlıq çərçivəsində aparılan elmi tədqiqat işinin nəticələri öz əksini tapıb.