Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllimlər üçün innovativ tədris metodu olan PBL üzrə təlimlərə start verilib.

 

Universitetdən bildirilib ki, təlimlərin bir həftə ərzində keçirilməsi nəzərdə tutulub. 

 

İlk təlim Niderlandın Maastrixt Universitetinin professoru Uim Qroot tərəfindən aparılıb. Təlimlərə 30 müəllim cəlb olunub. Həmin müəllimlər öz pilot qruplarında artıq PBL metodundan istifadə edirlər.

 

Məlumat üçün bildirək ki,  PBL innovativ tədris metodu dərslərin daha çox praktik bacarıqlar əsasında keçirilməsinə imkanlar yaradır. Ənənəvi mühazirə metodundan daha effektiv olan bu metodun tədris sistemimizə inteqrasiyası üçün davamlı işlər görülür.