Ermənistan Silahlı Qüvvələri oktyabrın 28-də saat 13 radələrində Bərdədə ikinci dəfə terror aktı törədib. Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr nəticəsində 21 nəfər dünyasını dəyişib, 70-ə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

 

Ölənlər arasında müəllim də var. Belə ki, Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi 1988-ci il təvəllüdlü Fuad İsmayılov  həlak olub.  Fuad İsmayılov subay idi.

 

Xatırladaq ki, sentyabrın 27-dən indiyə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.