Bakı Dövlət Universiteti (BDU) həm Prezident təqaüdçüləri, həm də 600-dən yuxarı bal toplayan  tələbələrin sayına görə respublikanın ali məktəbləri arasında öndə gəlir. Son illər yüksək bal toplayaraq BDU-nu seçən abituriyentlərin sayında artım müşahidə olunur.

 

BDU-dan verilən məlumata görə, 2020/2021-ci tədris ilində 102 prezident təqaüdçüsündən 15-i BDU-nu seçib.

 

Bildirilib ki, insan kapitalının inkişafını daim diqqət mərkəzində saxlayan ali məktəbin əsas məqsədi məhz savadlı, bilikli, müasir təhsil yeniliklərini mənimsəmiş, dövlətçilik prinsiplərini, azərbaycançılıq məfkurəsini və milli-mənəvi dəyərlərimizi əsas tutan mütəxəssislər yetişdirməkdir. Universitetdə elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin tələbəlik illərindən tədqiqata yönləndirilməsi, yüksək bal toplayaraq BDU-ya qəbul olunan və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində intensiv işlər aparılır.