Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda seminar keçirilib.

 

Seminarda institutun direktoru, akademik Nazim Məmmədov, AMEA prezidentinin innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri, akademik Əli Abbasov, böyük elmi işçi Yeganə Əliyeva  iştirak edib.

 

İnstitutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramovun “Fizika İnstitutunda nanotexnologiyalar” mövzusunda məruzəsi dinlənilib. Alim institutda nanotexnologiyalar sahəsində görülən işlər, onların tətbiq sahələri haqqında  məlumat verib.

 

Daha sonra  mövzu ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə edilib.  Gələcək üçün perspektiv planlardan da danışılıb.

 

Qonaqlar İnnovasiya  sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olublar. Onlara cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında ətraflı məlumat verilib.