Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə universitetin bir qrup müəllim və tələbəsi Azərbaycan əsgərinə məktub yazıb.

 

Universitetdən bildirilib ki, məqsəd torpaqlarımızın azadlığı uğrunda gedən haqq mübarizəsində zəfər qazanan müzəffər Ordumuza, əsgərlərimizə mənəvi dəstək olmaq, onlara minnətdarlıq ifadə etməkdir.

 

Qeyd olunub ki, yazılan məktublar bu gün THİK əməkdaşları tərəfindən cəbhə bölgəsində öz xilaskarlıq missiyasını uğurla yerinə yetirən əsgərlərimizə çatdırılacaq.