Azərbaycan Texniki Universiteti (AzTU) və “Beta Dynamics” şirkəti arasında əməkdaşlıq davam edir.

 

Universitetdən  bildirilib ki, əməkdaşlıq çərçivəsində şirkət ali məktəbin tələbə və məzunlarının elektronika və proqramlaşdırma ixtisasları üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir.

 

İştirakçılar qida mənbələri, əl alətləri, “plata” çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, bir sıra proqramlar (Proteus, İSİS, SCADA və s.) ilə işləmək təcrübəsinə də yiyələnəcəklər. Proqram üzrə 11 təlimçinin hazırlanması nəzərdə tutulur.

 

Qeyd edək ki, təlimlər ödənişsiz aparılacaq.