Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti, filologiya üzrə fəlsəfə doktoru,  Əməkdar müəllim  Mayil İsmayılovun “İngiliscə-Azərbaycanca şəxs adları lüğəti” kitabı nəşr olunub.

       

MDU-dan bildirilib ki, indiyə qədər respublikada  ingilis şəxs adlarının düzgün yazılışına dair ayrıca, irihəcmli lüğət hazırlanmayıb  və  adıçəkilən lüğət bu sahədə ilk təşəbbüs kimi təqdirəlayiq hesab olunur.

     

Lüğətdə  ingilis şəxs adlarının qeydə alındığı leksikoqrafik mənbələrdən, tərcümə əsərlərindən  və  mətbuat materiallarında toplanan, təxminən 3 mindən artıq  şəxs adının transkripsiyası və düzgün yazılışı verilib.

        

Yeni nəşr şagird və müəllimlər, ali məktəblərin magistrantları, tələbə və pedaqoqlar, dilçi alimlər, jurnalistlər, müstəqil dil öyrənənlər, ümumiyyətlə geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.