Azərbaycan Tibb Universiteti (ATU) Çində keçirilən beynəlxalq konfransda təmsil olunub.

 

Universitetdən bildirilib ki, Çin Xalq Respublikasının Lanzhou Universiteti və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan "Tək kəmər, Tək yol" Universitetlər Alyansının builki konfransı online keçirilib.

 

Konfransda 17 ölkədən 60-a yaxın ali məktəbin səlahiyyətli nümayəndələri iştirak edib.

 

Konfrans "Pandemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlığa və mübadiləyə yeni yanaşma" mövzusuna həsr olunub. 

 

Azərbaycan Tibb Universitetini konfransda Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov təmsil edib.