Lənkəran Dövlət Universiteti( LDU) ilə Türkiyə Cümhuriyyətinin Artvin Çoruh Universiteti arasında təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Universitetdən bildirilib ki, onlayn imzalanan müqavilədə tələbə, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqatların aparılması, seminar və akademik görüşlərin təşkili, elmi məqalələrin nəşrlərinin mübadiləsi, həmçinin, qısamüddətli akademik proqramların həyata keçirilməsi, tələbələrə ikili dərəcələrin verilməsi nəzərdə tutulur.