Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun elmi işçisi Xatirə Qasımova ICAR-NIASM (Hindistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının Milli Abiotik Stress İdarəetmə İnstitutu) tərəfindən təşkil olunan “İqlim-Smart İnteqrasiya olunmuş Əkinçilik Sistemi (CİFS)”adlı vebinarda iştirak edib.

 

Vebinarın məruzəçisi ICAR-NIASM direktoru və vebinarın sədri  Himanshu Pathak iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri, inteqrasiya edilmiş əkinçilik sisteminin faydaları və IFS-nin CIFS-ə necə çevriləcəyi haqqında məlumat verib. Həmçinin, müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən CIFS-də iqlim dəyişikliyi, ekoloji və iqtisadi davamlılığa nail olmaq üçün aqroekoloji strategiyalar, quraq ərazilərdə əkinçilik sisteminin inkişafı barədə ətraflı məlumatlar çatdırılıb.

 

Vebinarda fəal iştirakına görə Xatirə Qasımovaya ICAR-NIASM-in direktoru Himanshu Pathak tərəfindən sertifikat təqdim olunub.