Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) pandemiya ilə əlaqədar olaraq davam edən onlayn tədris prosesi dövründə internet problemi yaşayan BDU tələbələrinə pulsuz internet paketin hədiyyə olunmasını nəzərdə tutan layihəyə start verib.

 

Universitetdən bildirilib ki, layihənin ilk mərhələsində xüsusilə cəbhəyanı bölgə və rayonlarda yaşayan 300 tələbəyə yardım olunması nəzərdə tutulub.

 

Layihə çərçivəsində distant təhsil dövründə internet imkanı məhdud olan tələbələrlə bağlı bu cür yardımlar davam etdiriləcək.