Azərbaycan Milli Elmlər Akademiyası  Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, dosent Rəşad Səlimov Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Biomüxtəliflik Tədqiqatları Simpoziumuna (2nd International Symposium on Biodiversity Research, ISBR2020) məruzəçi kimi dəvət olunub.

 

Dünyada COVİD-19 pandemiyası dövründəki məhdudiyyətlər nəzərə alınaraq simpozium onlayn keçirilib. Bioloji müxtəlifliyin və ekosistemə dair müxtəlif aspektli məsələlərin müzakirə olunduğu tədbirdə R.Səlimov “Azərbaycanda bioloji müxtəliflik və ekosistem tədqiqatlarının innovativ yanaşmalarının tətbiqi: nailiyyətlər və çağırışlar” mövzusunda məruzə edib. Alim  Botanika İnstitutunda son illərdə bu sahədə aparılan məqsədyönlü tədqiqatlara dair məlumat verib.

 

Məruzənin sonunda iştirakçıların sualları cavablandırılıb.