Erasmus+KA2 çərçivəsində Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” UNICLaD  layihəsi çərşivəsində onlayn görüş təşkil olunub.  

 

Görüşdə layihənin Azərbaycan üzrə tərəfdaş universitetləri – Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) işçi qrupu iştirak edib.

 

AzTU-dan bildirilib ki, görüşdə layihə çərçivəsində əməkdaşlıq ediləcək  təşkilatların  təqdimatları edilib və klaster təcrübəsinin Azərbaycanda verə biləcəyi töhfələr müzakirə olunub.

 

AzTU-nun prorektoru Sübhan Namazov və ADAU-nun prorektoru Anar Hətəmov layihənin universitetlər üçün əhəmiyyəti barədə məlumat verib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aqrar İnnovasiya Siyasətinin Təşkili şöbəsinin müdiri Anar Cəfərov aqrar sektorda yerinə yetirilən mövcud innovativ layihələrdən danışıb və layihə çərçivəsində əməkdaşlıq imkanlarını vurğulayıb.

 

Layihə üzrə koordinator olan Litva Kaunas Tətbiqi Elmlər Universitetinin nümayəndəsi Giedrius Geceviciu ölkəsinin klaster təcrübəsindən danışıb. 

 

Görüşdə Azərbaycan üzrə Erasmus+ofisinin rəhbəri Pərviz Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin,  “Aqrar Tədarük və Təchizat” ASC-nin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, AzTU və ADAU-nun nümayəndələri iştirak ediblər.