Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda (AKİ) yaradılmış və tətbiq üçün tövsiyə edilən bəzi elmi-tədqiqat işlərinin nəticələrinin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində (EİB) reallaşması üçün müvafiq işlər aparılır.

 

Belə ki, AKİ-də yaradılmış, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən “Depressator AKİ” aşqarı “Aşqar” EİB-də böyük miqyasda istehsal edilir.

 

“Depressator AKİ” aşqarı yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Səngəçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan neft kəməri ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur.