Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda vebinar keçirilib.

 

Universitetdən bildirilib ki, vebinarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev, BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbələri, magistrantlar iştirak ediblər.

 

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Elşad Əliyev Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı həyata keçirilən layihələr, perspektivdə görüləcək işlər barədə vebinar iştirakçılarına məlumat verib.

 

Vebinar tələbə və magistrantların mövzu ətrafında sualları ilə davam edib.