Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.

 

Qanvermə aksiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankından ezam olunan xüsusi hərbi tibb briqadası tərəfindən universitetin əsas korpusunda aparılıb.

 

AzMİU-dan bildirilib ki, aksiyaya qoşulan universitet nümayəndələri Vətən müharibəsində iştirak edib yaralanmış yaralı əsgər və zabitlərimiz üçün qan veriblər.

 

Donorlar aksiyada yaxından iştirak etməklə hər an Vətənin keşiyində dayanan igidlərimizin yanında olduqlarını söyləyiblər.