Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura təhsili üzrə rəqabətqabiliyyətliliyin daha da yüksəldilməsi məqsədilə UNEC Biznes Məktəbi (MBA), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, həmçinin Magistratura Mərkəzinin direktorları ilə görüşlər keçirilib.

 

UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşlərdə fakültə rəhbərləri magistratura pilləsində tədrisin təşkili, yeni ixtisasların yaradılması, eləcə də ixtisasların akkreditasiyası, ikili diplomların sayının artırılması, elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, laboratoriyaların yaradılması, xarici professorların tədrisə cəlb edilməsi, magistrantların payının universitetdə artırılması istiqamətində təkliflərlə çıxış ediblər.

 

Çıxışlarda magistratura təhsilinin MBA proqramı, İqtisadiyyat və idarəetmə ixtisasları, Texniki və texnoloji ixtisaslar üzrə gələcək inkişaf strategiyaları açıqlanıb, həyata keçiriləcək tədbirlər planı haqqında ətraflı məlumat verilib.

 

Bu barədə UNEC-dən bildirilib.