Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi ilə Lənkəran Peşə Liseyinin birgə həyata keçirdiyi "Gənc fermer" layihəsi yekunlaşıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, layihə müddətində Lənkəranın müxtəlif kəndlərindən olan tələbələr tərəfindən tinglərin yetişdirilməsi və satışı həyata keçirilib. Layihə çərçivəsində iştirakçılar nəzəri biliklərin paylaşıldığı həm əyani, həm də onlayn qaydada təşkil olunan təlimlərdə iştirak edib və praktiki təcrübə qazanıblar.

       

Xatırladaq ki, layihənin məqsədi Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması və gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsindən ibarət olub.

       

Layihəyə qatılan gənclər çay tinglərinin yetişdirilməsi ilə bağlı artıq öz bizneslərinin qurulması ilə bağlı müəyyən işlərə start veriblər.