Türkiyənin Çukurova Universitetinin “Bitki Mühafizəsi” bölümünün rəhbəri professor Sadəttin Baloğlu və Adanada yerləşən “ERZA” meyvə-tərəvəz ticarət şirkətinin nümayəndəsi Erdən Zaman Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

LDU-dan verilən məlumata görə, qonaqların universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşündə  ali məktəblər arasında ikili əməkdaşlığın genişlənməsi, müəllim və tələbə mübadiləsi, Türkiyədə fəaliyyət göstərən peşəkar kadrların LDU-ya cəlb edilməsi yönündə müzakirələr aparılıb. Həmçinin, aqrar, qida məhsulları və informasiya texnologiyaları sahələri üzrə mütəxəssislərin hazırlanmasının daha da təkmilləşdirilməsi barədə fikir mübadiləsi olub.

 

Professor S.Baloğlu LDU ilə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə universitet rəhbərliyini Çukurova Universitetinə dəvət edib.

 

Qeyd edək ki, bu, professor Sadəttin Baloğlunun LDU-ya 2-ci səfəridir.