Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII-IX sinif şagirdlərinin iştirakı ilə "Zərərli vərdişlər" adlı onlayn görüş keçirilib.

 

Təhsil şöbəsindən  aldığımız  məlumata görə, görüşün keçirilməsində məqsəd dünyanı bürüyən narkomaniya, alkoqolizm  və digər zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan haqqında şagirdlərə məlumat vermək və yeniyetmələri maarifləndirmək olub.

 

Konfransı giriş sözü ilə açan məktəbin psixoloqu R.Əliyeva şagirdlərə zərərli vərdişlər və onların yaratdığı fəsadlar haqqında ətraflı məlumat verib. Uşaqlara vətənimizə, millətimizə, dövlətimizə, ailələrinə yararlı və sağlam bir insan kimi yetişməyi arzulayıb.

 

Daha sonra şagirdlərin  mövzu  haqqında araşdırmaları dinlənilib.

 

Şakir CƏFƏROV