Sumqayıt təhsil işçiləri tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olmuş əsgər və zabitlərin ailələri ziyarət olunub.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, təhsil işçiləri şəhid ailələrinin evində olub.

 

Təhsil Şöbəsinin müdiri Arzu Alızadə düşmən üzərində qazanılan tarixi qələbədən və şəhidlərimizin  göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Həmçinin Müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar diqqətə çatdırılıb.

 

Görüşdə dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə göstərilən qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həll olunması xüsusi vurğulanıb.

 

Şakir CƏFƏROV