Zəngilan rayonunun ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib. Müsabiqənin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq, onların əziz xatirəsini daim anmaq, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə töhfə vermək, xüsusi istedada malik uşaqları aşkar etməkdən ibarətdir. 

 

Şakir CƏFƏROV