Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə Şanlı tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbəyə həsr olunmuş virtual dərs keçirilib.

 

Şəhər təhsil idarəsindən verilən məlumata görə, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Ələkbərovanın VIII sinifdə keçdiyi dərsdə şagirdlər mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər. Qeyd edək ki, təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində mütəmadi olaraq Vətən müharibəsinə həsr edilmiş dərslər keçilir.