Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Babək rayon ümumtəhsil məktəbləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib.

 

Bu mərhələdə müsabiqənin yanvarın 15-də keçirilmiş məktəbdaxili mərhələsində qalib olan Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbi H.Cavidin “İblis”, Kərimbəyli kənd tam orta məktəbi S.Vurğunun “Vaqif”, Şəkərəbad kənd orta məktəbi C.Məmmədquluzadənin “Poçt qutusu”, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbi isə H.Cavidin “İblis” əsəri ilə çıxış edib.

 

Babək rayon Mədəniyyət Evində keçirilən müsabiqədə 4 ümumtəhsil məktəbi üzrə ümumilikdə 29 şagird iştirak edib.

        

Müsabiqənin yekun nəticələrinə görə, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbi I yerə, Kərimbəyli kənd tam orta məktəbi II yerə, Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbi III yerə, Şəkərəbad kənd tam orta məktəbi isə həvəsləndirici yerə layiq görülüb.

 

Qaliblər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıblar.

 

Qeyd edək ki, müsabiqədə I yerə layiq görülən Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbi H.Cavidin “İblis” əsəri ilə 8 aprel tarixində keçiriləcək muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb.