Füzuli rayon   5 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Narkomaniyaya yox deyək!” adlı onlayn tədbir keçirilib.

 

Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə,  tədbirdə  uşaqlara  narkomaniya haqqında məlumat verilib, onun  ümumbəşəri bir problem olduğu, bu bəlaya daha çox zəif iradəli, aciz insanların meylləndiyi qeyd edilib. Bildirilib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Tədbirdə Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının  daim diqqətdə saxlanıldığı vurğulanıb, psixotrop maddələrin insan orqanizminə vurduğu zərərdən, yaratdığı fəsadlardan ətraflı bəhs olunub.

 

Məktəbin kimya müəllimi İ.Nəcəfova iştirakçılara narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədən  danışaraq dövlətin bu sahədə apardığı davamlı işləri diqqətə çatdırıb.

        

Məktəbin tərbiyə işləri üzrə direktor müavini N.Quliyeva  narkotik vasitələrdən istifadənin mənfi cəhətləri haqqında məlumat verib; müasir cəmiyyətin inkişafı məqsədilə bu tip halların aradan qaldırılmasının vacibliyini vurğulayıb; narkomaniya ilə mübarizə, yeniyetmələrin təhlükəli bəlaya düçar olmasının qarşısının alınması məqsədilə bu tip tədbirlərin vaxtaşırı keçirilməsini məqsədəuyğun hesab edib.

 

Sonda narkomaniyanın törətdiyi fəsadlar barədə qısametrajlı film nümayiş olunub.

 

 

Şakir CƏFƏROV