İmişli rayonu Hacırüstəmli kənd tam orta məktəbində II Qarabağ müharibəsinın iştirakçıları Rasim Allahyarov, Şəmsi Cəfərli, Murad Bədirxanov, İlkin Məmmədov və Rəsul Süleymanovla görüş keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Vətən müharibəsinin iştirakçılarını, onların igidlik və şücaətlərini şagirdlərə tanıtmaq və məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

 

Qonaqlar şagirdlərə müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən danışıb və onları maraqlandıran sualları cavablandırıblar.

 

Şakir CƏFƏROV