Martın 8-də  informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turu keçirilir.


Olimpiada ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edir.

 

Olimpiadada şagirdlərə  həll etmək üçün 5 alqoritmik məsələ təqdim edilib.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.