Böyük Britaniyada məktəblər yenidən fəaliyyətə başlayıb.

 

Krallıqda koronavirus məhdudiyyətlərinin martın 8-dən yumşaldılmasına başlanılıb.

 

İlkin mərhələdə ölkədəki bütün təhsil müəssisələrində təhsil sistemi bərpa olunub. Həmçinin bu gündən etibarən 2 fərqli məkanda yaşayan şəxslərin açıq havada görüşməsinə icazə verilib.

 

Qeyd edək ki, Baş nazir Boris Conson fevralın 22-də verdiyi açıqlamada ölkəsinin sərt karantin rejimindən çıxması üçün hazırlanan 4 mərhələli çıxış planını açıqlamışdı.

 

Azərtac