Ötən həftə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsinin mütəxəssisləri tərəfindən peşə təhsil müəssisələrinin rəhbərləri üçün peşəkar təlim təşkil olunub.

       

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlim proqramı əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, eləcə də tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsi kimi mövzuları əhatə edir. Onlayn formatda təşkil olunan təlimdə  peşə təhsili müəssisələrindən 18 nəfər nümayəndə iştirak edib.          

       

Qeyd edək ki, bu təşəbbüs “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilib.