Milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü, bütün dünyada tanınması məhz  mükəmməl dövlət idarəetmə bacarığına malik  Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində  mümkün olub.  

 

Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olan Azərbaycan yalnız Ümummilli Liderin  fəaliyyəti nəticəsində 1982-ci ildə müttəfiq respublikalar arasında qabaqcıl yerlərdə idi. Ulu öndərin  gördüyü işlər ölkədə sənaye, kənd təsərrüfatı, yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Azərbaycan dövlətinin qurucusu və banisi, müdrik lider, Ulu Öndər  Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır.