İmtahanlarda 4 əcnəbi vətəndaş iştirak edib


Dövlət İmtahan Mərkəzində (DİM) SAT və TOEFL iBT imtahanları keçirilib. 

 

DİM-dən bildirilib ki, SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir. 

 

Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək. 

 

SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/

 

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib. 

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur. 

 

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək olar: http://dim.gov.az/activities/exams/to