Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Müzəffər Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə “Qarabağ Dirçəliş Fonduna” 50000 manat vəsait köçürüb.

 

Bu barədə universitetdən məlumat verilib.

 

Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə Silahlı Qüvvələrə Yardım Fonduna və YAŞAT Fonduna da 50000 manat vəsait köçürüb. Bununla yanaşı, universitetin əməkdaşları könüllü qaydada adları yuxarıda qeyd olunan fondlara ianələr ediblər.  Eyni zamanda ADNSU əməkdaşları könüllü qaydada torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş məzunların ailələrinə yardım kampaniyası aparırlar.