Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CONIM Cert” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Universitetdən bildirilib ki, müqaviləyə  rektor Vilayət Vəliyev və müəssisənin icraçı direktoru Mehriban Osmanova imza atıb.

 

Müqaviləyə əsasən, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr üçün MMC tərəfindən İSO Beynəlxalq Standartlar seriyasına aid təlimlər keçiriləcək. Eyni zamanda, gənc kadrların müasir əmək bazarının şərtlərinə uyğun iş həyatına hazırlanması üçün tələb olunan digər təlimlərin də müəssisə tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.