Avropa Birliyinin Erasmus+ proqramı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fənlər üzrə reytinq cədvəlini açıqlayıb.

 

U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. 

 

U-Multirank təşkilatının İqtisadiyyat fənni (subject ranking) üzrə reytinqındə  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 302 ən yaxşı universitet arasında 259-cu sırada qərarlaşıb. 

 

Builki fənn reytinqində 302 universitetin 229-u Avropa, 30-u Asiya, 2-si Afrika, 28-i Şimali Amerika, 8-i Latın Amerikası, 5-i isə Sakit Okean regionu ölkələrindən daxil olub.

 

Bu barədə UNEC-dən bildirilib.