Azərbaycan Texniki Universitetində (AzTU) “STP Global Cable” MMC-nin rəhbərliyi ilə işgüzar görüş keçirilib.

 

Universitetdən bildirilib ki, görüşdə rektor Vilayət Vəliyev, şirkətin direktoru Abdurrahman Güngör və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.

 

Qeyd olunub ki, universitetin nəzdində STP Global Cable akademiyasının təşkili, şirkət mütəxəssislərinin tədrisə cəlb olunması və ən son istehsal idarəetməsi texnologiyasının tətbiqi tələbələrin praktiki biliklərinin təkmilləşməsinə töhfə verə bilər. Bundan başqa, bütün istehsalçılar və tədarükçülərin ortaq istifadəsi üçün CPR laboratoriyasının yaradılması və fərqli istiqamətlərdə işbirliyinin qurulması  müzakirə olunub. Görüləcək işlərə dair aprel ayının ilk həftəsində vorkşopun keçirilməsi qərara alınıb.

 

Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları istiqamətində də fikir mübadiləsi aparılıb.