2020/2021-ci tədris ilinin yaz semestrində yerli və xarici universitetlərdən Azərbaycan Dövlət İqtisad Universitetinə  (UNEC) köçürülən tələbələrlə görüş keçirilib.

 

Köçürülən tələbələr UNEC-lə daha yaxından tanış olublar. Onlara elektron universitet,  akademik təqvim, tədrisin təşkili, cari və aralıq qiymətləndirmə, xüsusi təqaüdlər, “Bir pəncərə” xidməti, elektron kitabxana, tələbə təşkilatları, tələbə smart kartları, təhsilalanların universitetdaxili intizam qaydaları barədə ətraflı məlumat verilib. Görüşdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.

 

Qeyd edək ki, 2020/2021-ci tədris ilinin yaz semestrində UNEC-ə 47-si bakalavr və 4-ü magistrant olmaqla, ümumilikdə 51 tələbə köçürülüb. Bakalavriat səviyyəsi üzrə 44 tələbə yerli, 3 tələbə isə xarici universitetdən UNEC-ə transfer olunub.

 

Bu barədə UNEC-dən bildirilib.