Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan Uşak Universiteti arasında Mövlanə mübadilə proqramı çərçivəsində mübadilə protokolu imzalanıb.

 

Universitetdən bildirilib ki, protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.

 

Məlumat üçün bildirilib ki,  əsası 2006-ci ildə qoyulan Uşak Universitetində hazırda 12 fakültə (Diş həkimliyi, pedaqogika, fənn-ədəbiyyat, incəsənət, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya, islam elmləri, mühəndislik, memarlıq, səhiyyə, idman, tibb və s), 3 kollec, 11 peşə məktəbi və 27 elmi araşdırma mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, sözügedən universitetdə ikili ixtisas proqramları üzrə təhsil də həyata keçirilir.