Ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən ““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan olunur.

 

Müsabiqədə iştirak üçün müraciət sənədləri 1-20 aprel 2021-ci il tarixlərində elektron formada [email protected] ünvanına göndərilməlidir.

 

Layihələrin qəbulu üçün son müddət 20 aprel 2021-ci il saat 18:00-dır.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.