Azərbaycan Milli Elmlər Akademiyası  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) fəlsəfə doktoru hazırlığı üzrə Molekulyar Biologiya, Biotexnologiya və Riyazi biologiya, bioinformatika ixtisaslarından doktoranturaya qəbul imtahanı keçirilib. 

 

İmtahanların keçirilməsi üçün institutda hər bir ixtisas üzrə müvafiq imtahan komissiyaları yaradılıb.

 

Müvafiq imtahan komissiyaları tərəfindən Molekulyar Biologiya ixtisası üzrə iddiaçı Gülşad Muradovanın imtahan nəticəsi 74 balla “yaxşı”, Sevina Xanızadənin imtahan nəticəsi 68 balla “yaxşı”,  Biotexnologiya ixtisasında rus bölməsi üzrə iddiaçı Xədicə Abbaslının imtahan nəticəsi 72 balla “yaxşı”, Azərbaycan bölməsi üzrə iddiaçı Ülviyyə Məhyəddinovanın imtahan nəticəsi 74 balla “yaxşı”, Riyazi biologiya, bioinformatika ixtisası üzrə iddiaçı Afət Mustafazadənin imtahan nəticəsi isə 82 balla “əla” qiymətləndirilib.