Təhsildə Keyfiyyət Təminatı Agentliyi mütəxəssisləri “Plastik boru qaynaqçısı”, “Poliqrafiya üzrə dizayner”, “Qənnadçı-şirniyyatçı” və “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisasları üzrə  vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə yaradılan ekspert bankına müraciət etməyə dəvət edir.

 

Müraciət üçün Agentliyin internet saytının (<span "="" style="box-sizing: inherit;font-size:1rem !important">www.tkta.edu.az) Ekspert bankı” bölməsinə daxil olaraq qeyd olunan  keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçirilir.