Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun fəal üzvləri Vətən müharibəsində şəhid olmuş Tural və Musa Həsənov qardaşlarının xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər.

 

Universitetdən bildirilib ki, şəhər ictimaiyyətinin qatıldığı açılış mərasimində MDU-nun tələbə- gəncləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Daha sonra tələbələr qazilərlə görüşüb və Şəhidlər Xiyabanını ziyarət ediblər. 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin məzarları üstünə gül dəstələri qoyulub, onların əziz xatirələri yüksək ehtiramla yad olunub.

 

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət olunması və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.